“Neftçi”dən 1 manatlıq biletlər

Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qəbələ” oyununun biletləri satışa çıxarılıb.

Komanda.az “Neftçi”nin saytına istinadən xəbər verir ki, qiymətlər VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir.

“Neftçi” – “Qəbələ” matçı martın 15-də, saat 19:00-da 8-ci km stadionunda keçiriləcək.