“Neftçi” – “Zirə” matçının biletləri satışda

Futbol üzrə Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində aprelin 6-da keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, 8-ci km stadionunda baş tutacaq oyunu canlı izləmək istəyənlər üçün qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir.

Biletləri matçın keçiriləcəyi arenanın kassalarından əldə etmək mümkündü. “Neftçi” – “Zirə” matçına sabah saat 18:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button