“Neftçi” – “Zirə” matçının biletləri satışda

Futbol üzrə Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində sabah keçiriləcək “Neftçi” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.

Komanda.az xəbər verir ki, qiymət VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN təşkil edir.

Biletləri oyunun keçiriləcəyi 8-ci km stadionunun kassalarından əldə etmək mümkündü.

Qeyd edək ki, “Neftçi” – “Zirə” matçına sabah saat 17:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button