“Neftçi” – “Zirə” matçının vaxtı bilindi

Azərbaycan Premyer Liqasında 8-ci turun oyun cədvəli məlum olub.

Komanda.az PFL-ə istinadən xəbər verir ki, turun oyunları üç günü əhatə edəcək. Turun bütün görüşləri “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.

Azərbaycan Premyer Liqası, 8-ci tur

23 oktyabr

Sabah – Sumqayıt
“Bank Respublika Arena”, 16:00

Neftçi – Zirə
8-ci km stadionu, 18:15

24 oktyabr

Keşlə – Qəbələ
“ASK Arena”, 16:00

25 oktyabr

Səbail – Qarabağ
“ASCO Arena”, 19:00