“Neftçi” yeni transferinə “4”-ü verdi

“Neftçi” gürcüstanlı futbolçu Solomon Kvirkveliyanın transferi ilə bağlı yeni məlumat yayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, onunla 2 il müddətinə müqavilə imzalanıb. 30 yaşlı müdafiəçi 4 nömrəli formanı geyinəcək.

Solomon Kvirkveliya Rusiyanın “Rubin” (2011-2017), “Nefteximik” (2012), “Lokomotiv” (Moskva, 2017-2021), “Rotor” (2020-2021), Ukraynanın “Metallist 1925” və Gürcüstanın “Qaqra” (2022) klublarında çıxış edib. Kvirkveliya Rusiya çempionatının (2018), kubokunun (2012, 2017, 2019) və superkubokunun (2019) qalibi olub. Gürcüstanın U-19 və U-21 yığma komandalarında da forma geyinmiş futbolçu bu ölkənin əsas millisində 45 oyun keçirib. 2014 və 2017-ci illərdə Gürcüstanda ilin futbolçusu seçilib.

“Neftçi” daha əvvəl yarımmüdafiəçilər – israilli Ataa Caber, İsrail əsilli ABŞ vətəndaşı Kenni Sayef və qanalı hücumçu Qodsvey Donyonu transfer etmişdi.

Bizi Telegramda izləyin