“Neftçi” yeni baş məşqçilərini açıqladı

“Neftçi” Futbol Akademiyasında 2019/2020-ci illər mövsümündə çalışacaq məşqçilər müəyyənləşib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, ötən mövsüm U-19-un baş məşqçisi olmuş Müşfiq Qənbərov və U-16-nı çalışdırmış Mirbağır İsayevlə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. “Neftçi”nin U-17 komandasının baş məşqçisi isə hələ məlum deyil. Digər təyinatlar isə aşağıdakı kimidir:

U-19: Baş məşqçi Fərrux İsmayılov
U-16: Baş məşqçi Eldəniz Məmmədov
U-15: Baş məşqçi Vaqif Əliyev
U-14: Baş məşqçi İlyas Qurbanov
U-13: Baş məşqçi Emin Salmanov
U-13 (qızlar): Baş məşqçi İbrahim Məmmədov
U-12: Baş məşqçi Vasif Əliyev
U-11: Baş məşqçi İslam Kərimov
U-10: Baş məşqçi Elgiz Kərəmli