“Neftçi” və “Qəbələ” cərimə olundu

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın 26-cı turunun “Qəbələ” – “Neftçi” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.

“Neftçi” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur.

“Neftçi” klubunun azarkeşləri tərəfindən meydana pirotexniki vasitə atıldığı üçün klub 1600 manat cərimə olunur.

Birinci divizionun 25-ci turunun MOİK – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Neftçi-2” komandasının futbolçusu Seymur Əliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

25-ci turun “Zirə-2” – “Şamaxı-2” oyununda “Şamaxı-2” komandası vaxtında protokolu tərtib etmədiyi üçün klub 80 manat cərimə olunur .

25-ci turun “Qəbələ-2” – “Qarabağ-2” oyununda “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Qəbələ-2” komandasının futbolçusu Aqil Nəsibov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Qarabağ-2” komandasının futbolçusu Zamiq Əliyev rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button