“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Rusiya klubunda

“Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Aylton Silva Rusiyanın “Rodina” komandasına keçib.

Komanda.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Braziliyalı müdafiəçi ilə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

Xatırladaq ki, 2019/2020 mövsümündə “Qarabağ”da icarə əsasında oynamış Ailton Silva bu komandanın heyətində Azərbaycan çempionu olub. O, Azərbaycanda “Neftçi”nin də (2019/2020) formasını geyinib.