“Neftçi” və “Qalatasaray” rəhbərliyi görüşdü FOTO

“Neftçi” və Türkiyənin “Qalatasaray” klubunun rəhbərliyi arasında görüş olub.

Komanda.az xəbər verir ki, bu barədə “Neftçi”nin mətbuat xidməti məlumat yayıb.

Görüşdən sonra hər iki klubun rəhbərliyi bir-birinə xatirə hədiyyəsi təqdim ediblər.

“Neftçi” UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində bu gün “Qalatasaray”ı qəbul edəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək matça saat 20:00-da start veriləcək.