“Neftçi” və “Qəbələ”nin 53-cü görüşü

Futbol üzrə Azərbaycan Premyer Liqasında 4-cü turun oyunları keçirilir.

Komanda.az turun son günündə meydana çıxacaq “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq.

Sentyabrın 27-də keçiriləcək görüş “Dalğa Arena”da baş tutacaq. Bakıdakı matç rəqiblərin 53-cü dueli olacaq. Bu dəfəki görüşə qədər iki komanda arasında 52 oyun keçirilib. İndiyədək 17 qələbə qazanan “qırmızı-qaralar” 12 dəfə heç-heçə edib və 23 matçdan məğlub ayrılıb. Rəqib qapısından 65 top keçirən əyalət futbolçuları 73 qol buraxıb.

Premyer Liqa çərçivəsində 48-ci duelə qədər rəqiblər 47 çempionat matçında qarşılaşıb. “Qəbələ” 16 dəfə qalib gəlibsə, 9 dəfə 1 xalla kifayətlənib və 22 dəfə uduzub. 58 qola imza atan “Qəbələ” 67 top buraxıb.

26-cı dəfə “Neftçi”nin qonağı olacaq “Qəbələ” səfərdə 9 dəfə qalib gəlib. 6 heç-heçə edən meydan sahibləri 10 dəfə məğlubiyyətlə barışıb. Bu matçlarda 30 dəfə fərqlənən “Qəbələ” futbolçuları 36 qol buraxıb.