“Neftçi” üçün istirahət bitdi

“Neftçi” klubu bu gün Avropa Liqasının hazırlıqlarına start verəcək.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın bazasında keçiriləcək məşqlərə milli komandaların heyətində olan futbolçulardan başqa, digər oyunçuların qatılacağı planlaşdırılır.

“Neftçi” daha sonra təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq. “Ağ-qaralar” toplanış çərçivəsində iyunun 30-da Ukraynanın “Vorskla” (Poltava) komandası ilə (digər rəqiblər hələ məlum deyil) yoxlama oyunu keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button