“Qarabağ” “Sumqayıt”ı biabır etdi, Qəbələdə heç-heçə

Bu gün Azərbaycan Premyer Liqasında 22-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib. Turun açılış oyununda “Zirə” doğma azarkeşləri qarşısında “Səbail”i qəbul edib. Bu oyunun nəticəsi turnir cədvəlində dəyişikliyə səbəb ola bilərdi. “Qartallar” qələbə qazanacaqları halda, “Sabah”ı geridə qoyaraq, 5-ci pilləyə yüksələ bilərdillər. “Səbail”in məğlubiyyəti isə 3-cü pilləni “Qəbələ”yə təhvil verməsinə səbəb ola bilərdi. Amma üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.

Günün ikinci qarşılaşmasında isə lider “Neftçi” “Keşlə” səfərinə yollanıb. “Neftçi” bu oyunda qələbə qazanaraq, turnir cədəlində mövqeyini qorumaq niyyətindəydi. 90 dəqiqənin tamamında qonaqlar minimal hesabla üstün olublar.

Turun qalan iki görüşü bu gün keçirilib.

Günün ilk oyununda “Qəbələ” doğma azarkeşləri önündə “Sabah”ı qəbul edib. Bu görüşdə hər iki komandaya qələbə çox lazım idi, xüsusilə də meydan sahiblərinə. “Qəbələ” 3-cü yerdəki “Səbail”lə xal fərqini azaltmaq üçün bu qarşılaşmadan qələbə ilə ayrılmağı hədəfləmişdi. Ancaq nə meydan sahibləri, nə də qonaqlar istəyinə çata bilməyib. Görüş başladığı kimi – qolsuz başa çatıb.

Tura “Sumqayıt” – “Qarabağ” matçıyla yekun vurulub. “Qarabağ” çempionluq iddiasını davam etdirmək üçün Sumqayıt səfərindən 3 xalla qayıtmalıydı. “Sumqayıt” isə autsayderlikdən qurtulmaq üçün bu oyunda mütləq qələbə qazanmaq arzusundaydı. Amma 90 dəqiqənin sonunda Ağdam klubu 6 cavabsız qolla qalib gəlib.

Azərbaycan Premyer Liqası, 22-ci tur

30 mart

Zirə – Səbail 1:2

Qol: Xulio Sezar Rodriqes, 69 – Ağabala Ramazanov, 41. Şəhriyar Rəhimov, 90+4.
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Zirə İdman Kompleksinin stadionu, 16:00

Zirə: 85. Kamal Bayramov (k), 2. İlkin Qırtımov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 27. Adrian Skarlatake, 11. Dilan Duventru, 91. Bilal Həmdi, 9. Aleksandr Dedov, 10. Sadio Tounkara, 18. Xulio Sezar Rodriqez, 38. İlkin Muradov.
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 8. Kamal Mirzəyev, 6. Vüqar Mustafayev, 77. Mirsahib Abbasov, 26. Miloş Radivoyeviç, 20. Fofana İsmael, 99. Rafael Məhərrəmli.
Baş məşqçi: Samir Abasov.
Səbail: 1. Aleksandr Rıbka, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 33. Tome Kitanovski, 99. Jarjue Maudo, 8. Yevgeni Koçuk, 27. Emil Martinov, 28. Kevin Kubemba, 7. Fəhmin Muradbəyli.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 20. Eltun Yaqublu, 26. Kamal Qurbanov, 11. Ruslan Qurbanov, 4. Enrike Perilyo, 3. Tamazi Tsetsxladze, 21. Akpoveta Oke, 9. İmanol İriberri, 6. Maykl Essyen, 18. Aqşin Qurbanlı, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.

______________________________________________________________________________

Keşlə – Neftçi 0:1

Qol: E.Mahmudov, 79-pen.
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Rza Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
“ASK Arena”, 18:30

Keşlə: 1. Kamran Ağayev (k), 19. Azər Salahlı, 33. Tərlan Quliyev, 4. Slavik Alxasov, 3. Denis Silva, 22. Nikola Mitroviç, 23. Conatan Ayite, 25. Con Kamara, 32. Valeri Kutsenko, 65. Cabir Əmirli, 11. Vüsal İsgəndərli.
Ehtiyat oyunçular: 30. Davud Kərimi, 18. Ruslan Əmircanov, 8. Seymur Əsədov, 10. Ruslan Nəsirli, 24. Fuad Bayramov, 9. Amil Yunanov, 17. Samir Məsimov, 14. Andre Klennon, 78. Elmir Rəhimzadə, 91. Nurlan Quliyev.
Baş məşqçi: Tərlan Əhmədov.
Neftçi: 1. Səlahət Ağayev, 18. Tural Axundov, 8. Emin Mahmudov (k), 7. Namiq Ələsgərov, 25. Kiril Petrov, 9. Baqali Dabo, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 11. Vangelis Platellas, 16. Canluka Sansone, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 15. Ruslan Abışov, 21. Məhəmməd Mirzəbəyov, 17. Rəhman Hacıyev, 22. Mirabdulla Abbasov, 6. Qoran Paratski, 4. Petru Raku, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 70. Əli Şirinov.
Baş məşqçi: Roberto Bordin.

______________________________________________________________________________

1 aprel

Qəbələ – Sabah 0:0
Hakimlər: Rauf Cabarov, Yaşar Abbasov, Müslüm Əliyev, Nail Nağıyev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Asif Əliyev
Qəbələ şəhər stadionu, 14:00

Qəbələ: 22. Dmitri Bezotosnı, 34. Urfan Abbasov, 18. İlqar Qurbanov, 14. Cavid Hüseynov (k), 11. Asif Məmmədov, 10. Rauf Əliyev, 3. Voislav Stankoviç, 17. Ceyms Adeniyi, 28. Stiven Monroz, 9. Davit Volkov, 27. Bəhlul Mustafazadə
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 35. Murad Popov, 5. Rasim Ramaldanov, 4. Elvin Camalov, 21. Atakora Lalavele, 88. Sabien Lilay, 8. Qismət Alıyev, 7. Roman Hüseynov, 2. Amin Seydiyev, 98. Rövlan Muradov, 6. Rüstəm Nuruyev, 77. Samir Qurbanov
Baş məşqçi: Zaur Həşimov
Sabah: 30. Saşa Stamenkoviç, 5. Kərim Diniyev, 91. Coşqun Diniyev, 17. Təmkin Xəlilzadə, 7. Rəşad Eyubov, 6. Vadim Abdullayev, 10. Cavid İmamverdiyev (k), 13. Filip İvanoviç, 25. Vanderson Silva, 15. Erik Ramos, 11. Elgün Nəbiyev
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 4. Tərzin Cahangirov, 33. Eltun Turabov, 88. Elçin Əsədov, 12. Zahid Mərdanov, 97. Emil Qasımov, 77. Şakir Seyidov
Baş məşqçi: Elşad Əhmədov

______________________________________________________________________________

Sumqayıt – Qarabağ 0:6
Qol: Dani Kintana, 17. Mahir Mədətov, 20; 40. Filip Ozobiç, 51. Abdulla Zubir, 78; 84.
Hakimlər:
Rəvan Həmzəzadə, Vüqar Bayramov, Əli Cəbrayılov, Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Sumqayıt şəhər stadionu , 18:30

Sumqayıt: 12. Rəşad Əzizli, 4. Şəhriyar Əliyev, 21. Arif Daşdəmirov, 99. Əli Babayev, 60. Elvin Məmmədov (k), 10. Aleksey İsayev, 7. Cavid Tağıyev, 5. Adil Nağıyev, 34. Elvin Bədəlov, 8. Peyman Babayi, 9. Ehtiram Şahverdiyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 15. Əmir Ağayev, 70. Ülvi İsgəndərov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 77. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 49. İbrahim Əliyev, 20. Rüfət Abdullazadə, 6. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 13. Vaqner da Silva, 55. Bədavi Hüseynov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 20. Riçard Almeyda, 17. Abdullah Zubir, 77. Donald Gerye, 19. Filip Ozobiç, 8. Markos Madeyra, 10. Dani Kintana, 11. Mahir Mədətov.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 94. Nicat Mehbalıyev, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 9. Araz Abdullayev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. İnnosent Emeqara, 99. Reynaldo Silva, 18. İsmayıl İbrahimli, 21. Hacıağa Hacılı, 70. Nicat Süleymanov.
Baş məşqçi: Qurban Qurbanov.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button