“Neftçi” – “Speranta” matçının yayımında dəyişiklik

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində bu gün keçiriləcək “Neftçi” – “Speranta” oyununun yayımında dəyişiklik edilib.

Komanda.az “Neftçi”nin rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi “CBC Sport” deyil, “CBC İnternational” kanalı vasitəsilə canlı yayımlanacaq.

“CBC Sport” kanalı “Universitatya Krayova” (Rumıniya) – “Səbail” matçını canlı yayımlayacaq. Qarşılaşma 20:00-da başlayacaq. Komandalar arasındakı ilk oyun “Səbail”in 2:3 hesablı məğlubiyyəti ilə bitib.

“Neftçi” – “Speranta” matçı bu gün, saat 21:00-da start götürəcək. “Neftçi” ilk oyunda rəqibinə 3:0 hesabıyla qalib gəlib.