“Neftçi” – “Speranta” matçının ən yaxşısı bilindi

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi” – “Speranta” matçının ən yaxşı futbolçusu məlum olub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 6:0 hesabı ilə başa çatan matçın ən yaxşısı Dario Frederiko olub.

Oyunun ən yaxşı indeksə malik futbolçusu: Dario Frederiko – 345

Çərçivəyə ən çox zərbə vuran: Vanqelis Platellas – 3

Ən çox dəqiq ötürmə verən: Emin Mahmudov – 91

İkili mübarizədən ən çox qalib ayrılan: Dario Frederiko – 12

Ən çox cərimə qazandıran: Kirilo Petrov, Anton Krivotsyuk – 2

Qapıçının seyvi: 3