“Neftçi” Soni Mustivarla da vidalaşdı

“Neftçi” PFK müqavilə müddəti başa çatan yarımmüdafiəçi Soni Mustivarla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Haitili futbolçuya gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Soni Mustivar “Neftçi”də keçirdiyi üç mövsüm ərzində 56 oyunda meydana çıxıb, 3 qola imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button