“Neftçi” sabah Moldovaya yollanacaq

“Neftçi” Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı Moldovanın “Speranta” klubu ilə səfər oyununun hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, Roberto Bordinin çalışdırdığı paytaxt təmsilçisi bu gün öz bazasında növbəti məşqə çıxıb.

Hazırlıq prosesində toplu və taktiki çalışmalar yerinə yetirilib. “Ağ-qaralar” sabah səhər məşqindən sonra Moldovaya yola düşəcək.

Xatırladaq ki, iyulun 11-də “Zimbru” stadionunda keçiriləcək “Speranta” – “Neftçi” oyununa Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.