“Neftçi” – “Sabah” matçı FİFA referisinə tapşırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasında 6-cı turun növbəti təyinatları açıqlanıb.

Komanda.az xəbər verir ki, “Neftçi” – “Sabah” matçı FİFA referisi Əliyar Ağayevə tapşırılıb.

“Sumqayıt” – “Zirə” görüşünü isə Rəhim Həsənov idarə edəcək.

Azərbaycan Premyer Liqası
6-cı tur


18 oktyabr

14:00. Neftçi – Sabah
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. 8-ci km stadionu.

16:00. Sumqayıt – Zirə
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
“Sumqayıt Arena”.