“Neftçi” “Səbail”lə oyunun hazırlığına start verdi

“Neftçi” Premyer Liqanın 24-cü turunda qarşılaşacağı “Səbail”lə oyunun hazırlığına başlayıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Zirə” ilə kubok matçının ertəsi günü istirahət edən komanda üzvləri bu gün məşqlərə start verib.

“Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan hazırlıq prosesində əsasən toplu çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Səbail” – “Neftçi” görüşü aprelin 24-də, saat 20:00-da “ASCO Arena”da keçiriləcək.