“Neftçi” qrup mərhələsinə çıxsa, qürur duyacağıq”

Moldovanın “Speranta” klubunun baş məşqçisi Kristian Efrosun Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Neftçi” ilə qarşılaşdıqları oyundan (0:6) sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, Efros jurnalistlərlə görüşdə öncə bunları deyib:

  • Oyunla bağlı çox şey demək olar. Rəqibi təbrik edirəm.
  • İlk oyundan sonra “Neftçi”nin qələbəsini hakimə bağlamışdız. Bəs bu nəticə sizin üçün kifayət etdi?
  • İlk oyunla bağlı fikrim eyni olaraq qalır. Amma bu oyunla bağlı belə deyə bilmərəm. Risk etdik. İlk oyunda fərqli nəticə olsaydı, bu gün başqa cür olardı.
  • Bundan sonra prezident atanız Efrosa nə cavab verəcəksiz?
  • Bu, bizim daxili məsələmizdi.
  • Bu qələbədən sonra yəqin ki, “Neftçi”ni bir də unutmayacaqsız…
  • Siz deyə bilərsiz ki, mən aqresiv danışıram. Amma sizin suallar da aqresivdi. Mən bu gün çox şey deyə bilərəm. Gəlin futboldan yox, həyatdan danışaq. Məsələn, mənim kişi cinsi orqanlarım normaldı. Sizin maaşınız kiçikdirsə, həmişə çox olmasını istəyəcəksiz. Hamı uğurlu olmaq istəyir.
  • Bütün bu aqressiyanın səbəbi sizin ilk oyundan sonrakı açıqlamarınız olduğunu düşünmürsüzmü?
  • Moldovada pomidor çoxdu, çaxırımız da var. Azərbaycanda neft var, siz buna görə qürur duymalınız.
  • Adətən baş məşqçilər səfərə gəlməmişdən qabaq yerli mentalitetlə maraqlanır. Bilmirsizmi ki, işlətdiyiniz söz, Azərbaycanda normal qəbul olunmur?
  • Azərbaycan haqda mən pis söz işlətməmişəm. Azərbaycanın qonaqpərvərliyi mənim xoşuma gəldi. Ancaq “Neftçi”nin meydanla bağlı sözləri də bizim xoşumuza gəlmədi. Sizin mentalitetiniz varsa, bizim də var.
  • Növbəti oyunda “Neftçi” “Arsenal”la qarşılaşacaq. “Neftçi”nin şanslarını necə dəyərləndirirsiz?
  • “Neftçi” qrup mərhələsinə yüksəlsə, qürur duyacağıq.

Şahin Cəfərov