“Neftçi” Qəbələyə sabah yollanacaq

“Neftçi” Premyer Liqanın 26-cı turunda qarşılaşacağı “Qəbələ” ilə oyunun hazırlığına başlayıb.

Komanda.az xəbər verir ki, “Sumqayıt”la matçın ertəsi bərpa məşqi edən “ağ-qaralar” bir günlük fasilədən sonra bu gün “Neftçi” Futbol Mərkəzi”ndə məşq edib.

Hazırlıq prosesində əsasən toplu və taktiki çalışmalar yerinə yetirilib. Sabah Qəbələyə yola düşəcək komandanın üzvləri son məşqini şəhər stadionunda keçəcək.

Qeyd edək ki, mayın 9-da Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” görüşünə saat 19:45-də start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button