“Keşlə” “Zirə”yə, “Qəbələ” “Neftçi”yə uduzdu

Bu gün Azərbaycan Premyer Liqasında 12-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, açılış oyununda lider “Qarabağ” səfərdə “Sumqayıt”la qarşılaşıb. Hesabı qonaqların açdığı oyun meydan sahiblərinin əzmkar qələbəsiylə bitib. Bu, “Qarabağ”ın cari mövsümdəki ilk məğlubiyyəti olub.

Dünən daha bir qarşılaşma keçirilib. “Sabah” səfərdə “Səbail”lə qarşılaşıb. Hesabı meydan sahiblərinin açdığı matçda qonaqlar əzmkar qələbəyə sevinib.

Bu gün keçirilən iki oyunla tura yekun vurulub.

Günün ilk oyununda “Zirə” “Keşlə” ilə üz-üzə gəlib. Cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən Keşlə təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb.

Turun sonuncu görüşündə isə “Neftçi” “Qəbələ”ni sınağa çəkib. Paytaxt təmsilçisi bu oyunda böyük hesablı qələbəyə sevinib.

Azərbaycan Premyer Liqası, 12-ci tur

22 noyabr

Sumqayıt – Qarabağ 2:1
Qol: Peyman Babayi, 65; 68 – Xayme Romero, 36.
Qırmızı vərəqə: İsmayıl İbrahimli, 71.
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Asif Əliyev
Sumqayıt şəhər stadionu, 19:00

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 18. Süleyman Əhmədov, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 97. Xəyal Nəcəfov, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 22. Sərtan Taşqın, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.

Qarabağ: 1. Asmir Beqoviç, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 8. Markos Madera, 17. Abdullah Zubir, 9. Xayme Romero, 99. Maqaye Qeye, 3. Aylton Silva, 18. İsmayıl İbrahimli.
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 7. Araz Abdullayev, 10. Dani Kintana, 6. Simeon Slavçev, 23. Faysal Rerras, 45. Rauf Hüseynli, 71. Toral Bayramov, 29. Musa Qurbanlı.
Baş məşqçi: Qurban Qurbanov.

______________________________________________________________________________

23 noyabr

Səbail – Sabah 1:3
Qol: Məqsəd İsayev, 76-avtoqol – Ulisse Diallo, 88; 90. H.Ekşteyn, 90+7.
Qırmızı vərəqə: Adil Nağıyev, 86.
Hakimlər: Səbuhi Bayramov, Eyyub İbrahimov, Elşad Abdullayev, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“ASCO Arena”, 15:00

Səbail: 1. Aleksandr Rıbka, 7. Fəhmin Muradbəyli, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 8. Yevgeni Koçuk, 21. Eriko da Silva, 3. Turan Manafov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 88. Orxan Qurbanlı, 4. Eltun Yaqublu, 18. Aqşin Qurbanlı, 13. Şəhriyar Rəhimov, 32. Elvin Yunuszadə, 19. Ruslan Hacıyev, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev

Sabah: 1. Saşa Stamenkoviç (k), 5. Kərim Diniyev, 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 19. Təmkin Xəlilzadə, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 27. Hendrik Ekşteyn, 21. Rocer Roxas, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 6. Vadim Abdullayev, 7. Coşqun Diniyev, 13. Filip İvanoviç, 9. Ulise Diallo, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov
Məşqçi: Ramin Quliyev

______________________________________________________________________________

24 noyabr

Zirə – Keşlə 3:1
Qol: Xulio Sezar Rodrigez-pen, 6; 11. Cavid Hüseynov, 35 – Ruslan Qurbanov, 45+4.
Qırmızı vərəqə: Sezar Meza Kolli, 59.
Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Zirə İdman Komleksinin stadionu, 15:00

Zirə: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 27. Adrian Skarlatake, 18. Xulio Sezar Rodrigez, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 62. Abdulla Seyidəhmədov, 14. Bəxtiyar Həsənalızadə, 17. Robin Nqalande, 23. Mfo Kqasvan, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 77. Cəlal Hüseynov
Baş məşqçi: Zaur Həşimov

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 33. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 2. İlkin Qırtımov, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 6. Rəşad Sadiqov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 97. Xəzər Mahmudov, 91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov

______________________________________________________________________________

Neftçi – Qəbələ 4:1
Qol: Soni Mustivar, 17. Ömər Buludov, 24. Stiven Monroz, 34 – A.Seydiyev, 90+5.
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Nicat İsmayıllı
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Seymur Səlimli
8-ci km stadionu, 17:00

Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 25. Kiril Petrov, 93. Soni Mustivar, 10. Dario Frederiko, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 77. Donald Gerye, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 18. Tural Axundov, 19. Rauf Əliyev, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 5. Anton Krivotsyuk, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı, 65. Əmrah Bayramov
Baş məşqçi: Roberto Bordin

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev, 15. Vüsal Məsimov
Baş məşqçi: Azər Bağırov