“Neftçi” “Sumqayıt”la oyuna 2 itki ilə hazırlaşır

“Neftçi” Premyer Liqanın 13-cü turunda “Sumqayıt”a qarşı keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, birgünlük fasilədən sonra noyabrın 30-da hazırlığı bərpa edən “ağ-qaralar” bu gün klubun bazasında növbəti məşqə çıxıb.

Əsasən toplu və taktiki çalışmalardan ibarət olan hazırlıq prosesində zədəlilər – Aqil Məmmədov və Mamadu Mbodj iştirak etməyiblər. Əvəzində, bunadək fərdi məşğul olan Tiaqo Bezerra komanda ilə məşq edib.

“Neftçi” – “Sumqayıt” görüşü dekabrın 5-də, saat 16:00-da 8-ci km stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button