“Neftçi” Moskvaya uça bilmir – Təyyarədə nasazlıq yarandı

“Neftçi” klubu “Arsenal”la Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunu üçün Rusiyaya təyin olunan vaxtda yollana bilməyib.

Komanda.az xəbər verir ki, buna səbəb Heydər Əliyev adına beynəlxalq hava limanından Bakı – Moskva reysi ilə saat 06:50-də uçmalı olan təyyarədə texniki problemin aşkarlanmasıdır. Təyyarə dəyişdiriləcəyi üçün uçuşun saat 11:00-dək yubanacağı bildirilib. Komanda Rusiyanın paytaxtı Moskvadan “Arsenal”ın təmsil etdiyi Tula şəhərinə avtobusla gedəcək (Report).

Hazırda “Neftçi”nin prezidenti Kamran Quliyev uçuşun tezləşdirilməsi üçün hava limanındakı məsul şəxslərlə danışıq aparır.

“Arsenal” – “Neftçi” matçı sabah, saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button