“Neftçi” Maçado ilə yollarını ayırdı

“Neftçi” futbolçususu Ramon Maçado ilə vidalaşıb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə başa çatan müqavilə yenilənməyib.

“Ağ-qaralar” 27 yaşlı hücumçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

2021-ci ilin sentyabrından “Neftçi”də çıxış edən Maçado paytaxt klubunda 28 oyun keçirib və 7 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button