“Neftçi”nin yarımmüdafiəçisinə milli dəvət

“Neftçi” klubunun yarımmüdafiəçisi Mamadu Kane 23 yaşadək futbolçulardan ibarət Qvineya milli komandasına dəvət olunub.

Komanda.az “ağ-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu U-23 Afrika Millətlər Kuboku çərçivəsində sentyabrın 7-də və 10-da Fil Dişi Sahili yığması ilə keçiriləcək oyunlara çağırılıb.