“Neftçi” legioneri ilə yollarını ayırdı – rəsmi

“Neftçi” klubu yarımmüdafiəçi Xorxe Korrea ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

2021-ci ilin ilin sentyabrında “Neftçi”yə transfer olunmuş Korrea 2 rəsmi oyunda forma geyinib.