“Neftçi” iki yoxlama oyunu keçirəcək

“Neftçi” klubu Premyer Liqanın qarşıdakı 8 oyununun hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, artıq 3 gündür məşq edən “ağ-qaralar” hazırlıq çərçivəsində yoxlama oyunları keçirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Ağ-qaralar” iyunun 9-da saat 18:00-da klubun bazasında “Keşlə”, iyunun 14-də saat 20:00-da isə “8-ci km stadionu”nda “Qəbələ” ilə qarşılaşacaq.

“Neftçi” uzun fasilədən sonra ilk rəsmi oyununu iyunun 21-də səfərdə “Zirə”yə qarşı keçirəcək.