“Neftçi”də yeni müqavilə – rəsmi

“Neftçi” klubu daha bir futbolçu ilə müqavilənin müddətini uzadıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Neftçi” yetirməsi Ömər Buludovla olan müqaviləni daha bir illik artırıb.

21 yaşlı müdafiəçi bu mövsüm meydana çıxdığı 21 oyunda 1 qol vurub. Ömərin əvvəlki müqaviləsi gələn ilin mayının 31-nə qədər idi.

“Neftçi” bundan əvvəl Emin Mahmudov və Anton Krivotsyukla müqaviləni yeniləmişdi.