Bordin “Neftçi”dəki günlərini yada saldı – “Yaxşı başlamışdıq”

“Neftçi”nin keçmiş baş məşqçisi Roberto Bordin Azərbaycandakı karyerası haqda danışıb.

Komanda.az xəbər verir ki, İtaliya mətbuatına danışan Bordin, bunları deyib:

“Şerif”də çalışdığım bir il yarım ərzində iki dəfə ölkə çempionluğu qazandım. Bu il isə “Neftçi” ilə yaxşı başlamışdıq. Ancaq fərqli zehniyyət, mədəniyyət və çalışma tərzi ilə qarşılaşırsan. Bu amillər istər-istəməz insana çətinlik yaradır”.

2018-ci ilin yayından “Neftçi”ni çalışdıran Bordin, bu ilin yanvarında istefaya göndərilib.