“Neftçi” – “Kəpəz” matçının məkanı və saatı açıqlandı

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ilk yoxlama oyununun məkanı və başlanma vaxtı müəyyənləşib.

Komanda.az xəbər verir ki, Samir Abasovun komandası yanvarın 10-da “Kəpəz”lə təlim-məşq bazasında görüşəcək.

Saat 15:00-da başlayacaq matçın “Neftçi TV” vasitəsilə canlı yayımlanması planlaşdırılır.

Xartırladaq ki, “Neftçi”nin ikinci sınaq matçı ayın 14-də “Keşlə”yə qarşı olacaq. Ancaq bu görüşün məkanı və başlanma saatı hələ bilinmir.