“Neftçi”dən ayrılan futbolçu Ukrayna klubunda

“Neftçi” ilə yollarını ayıran Kiril Petrov karyerasını Ukraynada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 29 yaşlı müdafiəçi “Kolos” klubuna keçib. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Petrovun yeni klubu ilə imzaladığı müqavilənin detalları açıqlanmayıb.

2017-ci ildən “Neftçi”də forma geyinən Petrovun müqaviləsinə bir neçə gün əvvəl xitam verilib. Müdafiəçi bu mövsüm Bakı klubu ilə 17 oyuna çıxmışdı.

Ukrayna Premyer Liqasında mübarizə aparan “Kolos” hazırda 7-ci sıradadır.