“Neftçi” ilə “Qarabağ” heç-heçəyə razılaşdı

“Neftçi”nin əvəzedici komandası təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, paytaxt klubunun əvəzediciləri “Qarabağ-2” ilə heç-heçə edib – 1:1.

“Neftçi”nin bazasında baş tutmuş görüşdə meydan sahiblərinin qolunu Hüseyn Hüseynzadə vurub.

Qeyd edək ki, “Neftçi-2” bundan əvvəlki sınaq matçlarında “Qaradağ Lökbatan”a (3:2) və MOİK-ə (4:0) qalib gəlmişdi.