“Neftçi” ilə anlaşa bilməyən futbolçunun yeni klubu müəyyənləşdi

Bir müddət əvvəl “Neftçi”nin maraq dairəsində olduğu deyilən bolqarıstanlı futbolçu Martin Raynov karyerasını ölkəsində davam etdirəcək.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi “Levski” ilə anlaşıb. Futbolçunun bu gün yeni klubu ilə rəsmi müqaviləyə imza atması gözlənilir.

“Neftçi”nin 28 yaşlı futbolçuya təklif göndərdiyi deyilsə də, tərəflər razılığa gələ bilməmişdi.