“Neftçi” xorvatiyalı futbolçu ilə müqavilə imzaladı

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” xorvatiyalı qapıçı İvan Brkiçi heyətinə qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 1,5 illik müqavilə imzalanıb.

Son klubu Latviya “Riqa”sı (2021) olan qolkiper Xorvatiyanın “İstra” (2014-2017), “Lokomotiva” (2017), “İmotski” (2017), “Çibalia” (2017-2018), Bosniyanın “Zrinski” (2018-2021) komandalarında çıxış edib, Xorvatiyanın U-19 və U-21 millilərinin üzvü olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button