“Neftçi”də yeni futbolçu VİDEO

“Neftçi” heyətini daha bir futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Bakı təmsilçisi “Qəbələ”dən ayrılan Sitven Monrozu transfer edib. Bu barədə “Neftçi” rəsmi “youtube” kanalında “Xoş gəldin, Monroz” başlığı ilə video yayımlayıb.

Monroz “Neftçi”də 28 nömrəli forma geyinəcək.