“Neftçi”dən kapitana vida VİDEOSU

“Neftçi” futbolçusu Ruslan Abışovla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, klubun “facebook” səhifəsində Abışovla bağlı video yayımlanıb. “Təşəkkürlər, kapitan” başlığı ilə yayımlanan videodan aydın olur ki, “Neftçi” Abışovla yollarını ayırıb.

2003-2012-ci illərdə “Neftçi”nin formasını geyinən Abışov, daha sonra “Xəzər Lənkəran”, “Rubin”, “Qəbələ” və “İnter” kimi komandalarda oynayıb. Müdafiəçi 2017-ci ildə yenidən “ağ-qaralar”a qayıdıb. Onun “Neftçi” ilə bir illik müqaviləsi var idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button