Rəsmi: “Neftçi” legioneri ilə yollarını ayırdı

“Neftçi” futbolçusu Canluka Sansone ilə yollarını ayırıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Sansone, 2018/2019-cu illər mövsümünün qış fasiləsindən sonra “Neftçi”nin heyətində 11 oyun keçirib, 2 qol vurub.