Monroz həsrəti bitdi – Bordin Abbasovu niyə oynatmayıb?

“Neftçi” dünən yoxlama oyununda Polşanın “LKS Lodz” klubuna məğlub olub – 0:4.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın futbolçusu Mirabdulla Abbasovun sözügedən qarşılaşmada iştirak etməməsinin səbəbi məlum olub. Bu barədə qarşılaşmanın PFL-dəki canlı yayımı zamanı məlumat verilib. Belə ki, 24 yaşlı hücumçu “Səbail”də zədələnmişdi. “Neftçi”nin baş məşqçisi Roberto Bordin onu qorumaq və zədəsini tam sağaltması üçün ağır məşq prosesinə cəlb etmir.

Bir müddət əvvəl sənədində problem olan və “Neftçi”nin Antalya toplanışına gedə bilməyən Stiven Monroz isə dünəndən “ağ-qaralar”ın düşərgəsinə qoşulub.