“Neftçi” – “Dinamo” matçının biletləri sabah satışda olacaq

Futbol üzrə UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” – “Dinamo” (Tiflis) oyununun biletləri sabah saat 11:00-da satışa çıxarılacaq.

Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri oyunun keçiriləcəyi 8-ci km stadionunun kassalarından əldə edə bilərsiz. Kassalar saat 21:00-dək işləyəcək.

“Neftçi” PFK onu da bəyan edib ki, bu oyunun biletlərinin satışından əldə olunacaq vəsait Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fondunun hesabına köçürüləcək.

Xatırladaq ki, iyulun 14-də keçiriləcək “Neftçi” – “Dinamo” oyununa saat 21:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button