“Neftçi” daha bir braziliyalı transfer etdi – VİDEO

“Neftçi” növbəti transferini reallaşdırıb.

Komanda.az xəbər verir ki, paytaxt klubu braziliyalı sol cinah müdafiəçisi Tallison Diası heyətinə qatıb.

Bu barədə “ağ-qaralar”ın mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Müdafiəçi yeni komandasının heyətində 91 nömrəli formanı geyinəcək.

Sonuncu klubu “Quarani” (2019/20) olan Tallison Dias Braziliyanın ASA (2012-2014), “Flamenqo” (2015-2016), “Fortaleza” (2015), “Ferroviaria” (2016), “Seara” (2016-2017), “Red Bull Brasil” (2017), “Vitoria” (2017-2018) və “Novorizontino” (2018), həmçinin Belçikanın “Sent-Trüden” (2018-2019) klublarında oynayıb.

“Neftçi” bundan əvvəl cinah müdafiəçisi Cabir Əmirli ilə yanaşı, nigeriyalı cinah yarımmüdafiəçisi Yusuf Lavalı, Mərakeş əsilli belçikalı dayaq yarımmüdafiəçisi Sabir Buqrini, braziliyalı mərkəz müdafiəçisi Rener Alves De Souzanı transfer etmişdi. Bundan əlavə, “Səbail”lə icarə müqaviləsi başa çatmış Fəhmin Muradbəyli də bu komandaya qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button