“Neftçi” də başladı

“Neftçi” PFK 2019/20 mövsümünün hazırlığına başlayıb.

Komanda.az xəbər verir ki, bu gün düşərgədə olan futbolçular əvvəlcə tibbi baxışdan keçiblər.

Axşam saatlarında isə klubun bazasında fiziki testlər yerinə yetirilib.

Hazırlıq sabah iki məşqlə davam edəcək. İyunun 14-dək doğma bazada hazırlaşacaq komanda ayın 15-də təlim-məşq toplanışının ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 1-dək Topuk yaylası bölgəsində yerləşən “Fenerbahçe Topuk Yaylası Resort and Sport” otelində məskunlaşacaq “ağ-qaralar” qardaş ölkədə 3 yoxlama görüşü keçirməyi planlaşdırır. Oyunlar iyunun 20-si, 25-i və 30-da baş tutacaq. Ayın 30-dakı rəqib Ukraynanın “Vorskla” (Poltava) klubu olacaq. Digər rəqiblər haqda daha sonra ətraflı məlumat veriləcək.

Xatırladaq ki, “Neftçi”dən öncə Azərbaycanı avrokuboklarda təmsil edəcək komandalardan “Səbail” və “Qarabağ” da yeni mövsüm üçün hazırlığa start vermişdi.