“Neftçi” Bordindən qurtulmaq istəyir – Əsas namizəd Abasov?

“Neftçi” rəhbərliyi baş məşqçisi Roberto Bordinlə yollarını ayırmağı düşünür.

Komanda.az-ın əldə etdiyi məlumata görə, “neftçilər”in həm Azərbaycan Premyer Liqasında, həm də kubokda uğursuz çıxışı klubun azarkeşləri kimi, rəhbərliyin də səbr kasasını daşırıb.

Klub rəhbərliyinin qarşısını kəsən əsas məsələ Bordinlə olan müqavilənin hələ davam etməsi və göndəriləcəyi təqdirdə ona ödənməli olan təzminatdır.

2018-ci ilin yayında “Neftçi”nin baş məşqçisi təyin olunan Bordinlə 2 illik müqavilə imzalanmışdı.

İtalyan məşqçi göndəriləcəyi halda, “ağ-qaralar”ın “sükanı arxasına” yenə əcnəbi mutəxəssisin gətiriləcəyi deyilir. Amma klub rəhbərliyində baş məşqçi postuna “Zirə”nin sabiq baş məşqçisi Samir Abasovun namizədliyini dəstəkləyənlər də var.

“Neftçi”nin Azərbaycan kubokunda mübarizəni qol vurmadan dayandırması, komandanın Premyer Liqada əsas rəqibi “Qarabağ”a aşkar uduzması azarkeşlər arasında böyük narazılığa səbəb olub. Bu üzdən də, fanatlar klub rəhbərliyinin və italiyalı mütəxəssisin istefasını tələb edirlər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button