“Neftçi” Bolqarıstan klubuyla qarşılaşacaq

“Neftçi” bu gün Antalya təlim-məşq toplanışında son məşqinə çıxıb.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, toplanışın 13-cü günündəki məşq əsasən taktiki və fiziki hazırlığa həsr olunub. Hazırlıq prosesi sabah keçiriləcək yoxlama oyunundan sonra başa çatacaq.

“Neftçi”nin Bolqarıstanın “Beroe” klubu ilə görüşü Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

“The Sense De Luxe” otelində məskunlaşan “Neftçi” yanvarın 18-də Rumıniyanın “Qaz Metan” (3:0), 23-də isə Çexiyanın “Slovan” Liberes (1:2) klubları ilə qarşılaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button