“Neftçi” – “Bney Yehuda” matçının ən yaxşısı

“Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində İsrailin “Bney Yehuda” klubuna qarşı keçirdiyi ilk oyunun ən yaxşıları məlum olub.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “ağ-qaralar”ın 2:2 hesablı heç-heçəyə razılaşdığı matçın ən yaxşısı Anton Krivotsyuk olub.

“Neftçi” – “Bney Yehuda” oyunu üçün “InStat”ın göstəricilərindən bəzilərini təqdim edirik:

Ən yaxşı indeksə malik olan futbolçu: Anton Krivotsyuk – 294

Çərçivəyə ən çox zərbə vuran: Stiven Jozef-Monroz, Namiq Ələsgərov, Rauf Əliyev, Dario Federiko, Vangelis Platellas – 1

Ən çox dəqiq ötürmə verən: Voyislav Stankoviç – 92

İkili mübarizədən ən çox qalib ayrılan: Kirilo Petrov – 13

Ən çox cərimə qazandıran: Anton Krivotsyuk – 5