“Neftçi” Bezerra ilə yollarını ayırdı

“Neftçi” PFK hücumçu Tiaqo Bezerra ilə başa çatan müqaviləni yeniləməyib.

Komanda.az xəbər veirr ki, paytaxt klubu braziliyalı futbolçuya təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

2021-ci ilin sentyabrında transfer olunmuş Bezerra “Neftçi”nin heyətində 25 oyuna çıxıb, 10 qola imza atıb.