Qvineya millisinin üzvü “Neftçi”nin düşərgəsində

“Neftçi” klubu baxışa yeni futbolçu dəvət edib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Kamara hücumameylli yarımmüdafiəçidir.

Vətənində “Seynt Marie” akademiyasında (2012-2016), eləcə də “Elefant de Kolea” (2016-2017), “Satellit” (2017-2018) və “Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu, bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.