“Neftçi” azarkeşlərindən “Zirə”yə dəstək, Bordinə…

“Neftçi” Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə “Zirə” ilə qarşılaşır.

Komanda.az xəbər verir ki, oyunun keçirildiyi Zirə İdman Kompleksinin stadionunda yerli azarkeşlərlə yanaşı, bir qrup “Neftçi” fanatı da var. Amma “Neftçimania” azarkeş qrupunun təxminən 15-20 nəfərlik üzvünün “ağ-qaralar”a dəstək verdiyini söyləmək olmaz.

İlk dəqiqələrdən klub rəhbərliyi, baş məşqçi əleyhinə müxtəlif şüarlar səsləndirən “Neftçi” fanatları 27-ci dəqiqədə “Zirə”nin vurduğu qola da seviniblər. Həmin qolu alqışlarla qarşılayan “Neftçimania” üzvləri “Bir daha, bir daha” deyə şüarlar səsləndiriblər.

“Neftçi” fanatları tez-tez “Rədd olun, gedin”, “Good bye, Bordin”, (Sağ ol, Bordin), “Kamran, istefa” deyə şüarlar səsləndirirlər.

Hazırda qarşılaşma “Zirə”nin 1:0 hesablı üstünlüyü ilə davam edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button