“Neftçi” ilə “Arsenal” arasında “atışma”: “Özümüzlə samovar gətirə bilərik”?

“Neftçi” Avropa Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Arsenal”a (Rusiya) rəsmi “tvitter” hesabı vasitəsi ilə sual ünvanlayıb.

Komanda.az xəbər verir ki, “ağ-qaralar” Tula təmsilçisinə “Özümüzlə samovar gətirə bilərik” deyə, sual verib. “Arsenal” tərəfi isə cavabında “Samovarı gətirin, zəncəfili biz sizə verərik” yazıb.

“Neftçi” “Arsenal”la ilk oyununu səfərdə keçirəcək. Qarşılaşma iyulun 25-də, saat 21:00-da start götürəcək. Cavab matçı isə avqustun 1-də, Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button