“Neftçi” “Anderlext”, “Bursaspor” və “Seltik”lə bir qrupda

“Neftçi” PFK-nın U-12 komandası aprelin 5-dən 7-dək Türkiyənin İzmir şəhərində keçiriləcək “İzmir Cup” beynəlxalq turnirində iştirak edəcək.

Komanda.az xəbər verir ki, 72 komandanın qatılacağı turnirdə “Neftçi”nin A qrupundakı rəqibləri “Anderlext” (Belçika), “AZ Alkmaar” (Hollandiya), “Bursaspor” (Türkiyə), “Seltik” (Şotlandiya), “Konyaspor” (Türkiyə), “Lill” (Fransa), “Siqma Olomous” (Çexiya) və “Şlask Vroslav” (Polşa) klubları olacaq.