Nazir Gəncə şəhər stadionunun vəziyyəti ilə tanış oldu

Gənclər və idman naziri Fərid Qayıbov Gəncə şəhər stadionunda olub.

Komanda.az xəbər verir ki, naziri qarşılayan “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri İlqar Nadiri idman qurğusunun vəziyyəti ilə bağlı ətraflı məlumat verib.

İlqar Nadiri arenanın ərazisində Gəncə Futbol Akademiyasının tikintisinin davam etdirildiyini, işlərin ilin sonuna kimi başa çatdırılacağını bildirib. Nazir akademiyanın regionunda uşaq futbolunun inkişafına təkan verəcəyini qeyd edərək görülən işləri yüksək qiymətləndirib.

İlqar Nadiri arenanın ərazisində müasir standartlara uyğun iki təbii örtüklü böyük meydanın salındığını da deyib. Fərid Qayıbov stadionun qəzalı vəziyyəti ilə maraqlanıb. 60 il öncə tikilən arenanın istimar müddətini başa vurduğu diqqətə çatdırılıb və təmirə ehtiyac duyulduğu qeyd olunub. Gənclər və idman naziri stadionun yenidən qurulması ilə bağlı hansı məbləğdə vəsaitin tələb olunduğu yöndə qiymətləndirilmə aparılması üçün müvafiq tapşırıqlar verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button